top of page
Qəbələ     

      07:00-10:30 Bakı Qəbələ yolu

      10:30-12:00 Yeddi gözəl şəlaləsinə gəzinti
      12:00-13:00 Asudə vaxt ( istirahət mərkəzi, psixoloji training)
      13:00-14:00 Nahar yeməyi + çay süfrəsi  ( istirahət mərkəzi)
      14:00-16:00 Müxtəlif növ oyunlar (Mafiya oyunu)
      16:00-19:00 Qəbələ rayonunda gəzinti (Luna Park)
      19:30-23:00 Qəbələ Bakı yolu

Qeyd ! Turistlərin istəyi ilə Yolda 10-15 dəqiqə fasilə olunacaq.


Turun Qiyməti: Cəmi 31 AZN

1.Komfortlu avtobus (Kondisoner,music player,dvd) Avtobus Turistlərin sayına görə dəyişir.
2.Nahar + Çay süfrələri
3.İntelektual və Əyləncəli oyunlar (Mafiya oyunu)
4.Psixoloji training.
5.Peşəkar bələdçi

 

Şamaxı

 

   08:00-10:30 -Bakı-Şamaxi  yolu.(yolüstu Diribaba və Pirsaat pirlərinə ziyarət)
   10:30-11:00- Pirquluya çatma (Çuxur yurd+Şirvansaray istirahət mərkəzi)
   11:00-13:00- Meşə gəzintisi  (bulaq suyundan dadmaq,pirsaat çayina səyahət)
   13:00-14:30- Nahar  yeməyi (toyuq qrili+tərəvəz salati+sərin içkilər və s)
   14:30-15:30- Asude vaxt.( Meşədə at gəzintisi +voleybol oyunu)
   15:30-18:30- İntelektual oyunlar( ne harda ne zaman oyunu,mafiya)
   18:30-21:00- Şamaxi-Bakı yolu
   Turun qiyməti:Cəmi  
31 AZN         
                                                      QİYMƏTƏ DAXİLDİR:
1.Komfortlu avtobus(kondisioner,music player,dvd). qeyd!Avtobus turistlərin sayına görə dəyişir.
3.Nahar yeməyi (toyuq qrili+tərəvəz salati+sərin içkilər).
4.İntelektual və əyləncəli oyunlar.(kim harda ne vaxt,mafiya və s)
5.Peşəkar bələdçi.

Masallı

 

07:00-12:00 Bakı Masallı yolu
12:00-13:30 Nahar üçün vaxt + çay süfrəsi (İstisu sanatoriyasında)
13:30-14:00 Asudə vaxt (İstisu sanatoriyasında)
14:00-14:20 İstisu-Yardımlı yolu
14:20-17:20 Yardımlı şəlaləsində gəzinti
17:20-17:50 Asudə vaxt + çay süfrəsi (Yardımlı şəlaləsində)
17:50-23:00 Masallı Bakı yolu

Qeyd ! Turistlərin İstəyi ilə Yolda 10-15 fasilə olunacaq

Diqqət! Baku Travel-Tourism.
Təqdim etdiyi bu turda Avtobusda və Masallıda rayonunda  müxtəlif növ oyunlar,əyləncələr və intelektual yarışmalar keçirəcək bu yarışmalarda qalib olan şəxslərə hədiyələr veriləcək.

Turun Qiyməti: Cəmi 21 AZN

Turun Qiymətinə Daxildir!

1.Komfortlu avtobus (Kondisoner,music player,dvd) Qeyd: Avtobus turistlərin sayına görə dəyişir.
2.Avtobusda qəlyanaltı (Çay,Su və Şiriniyyat)
3.Çay süfrələri
4.İntelektual və əyləncəli oyunlar
5.Bələdçi

İçəri Şəhər

 

   TURUN QIYMETI: 8 AZN

   NƏQLIYYAT(MERSEDES 303,SETRA/45-51 NƏFƏRLIK)
   GİRİŞ BİLETLƏRİ
   TUR RƏHBƏR
   BƏLƏDÇİ

EKSKURSIYANIN MARŞURUTU :
1.ŞƏHİDLƏR XİYABANI
2.DAĞÜSTÜ PARK
3.BAKI PANORAMASI
4.İÇƏRİŞƏHƏR

Azərbaycan Turları

Gəncə - Hacıkənd-Togana turu                                                  

 Hər şey daxil cəmi   85 AZN

 

Turun qiymətinə daxildir:
Nəqliyyat xidməti (komfortlu avtobus)
Səhər yeməyi (2 dəfə)
Nahar yeməyi (2dəfə)
Şam yeməyi (1 dəfə)
Gəncə şəhərində ekskursiya
Hacıkənddə ekskursiya
Togana ekskursiya

Turun proqramı:
1 ci gün
06:30 – Toplaşma 28 may (28 Mall ticarət mərkəzinin qarşısı)
07:00-13:00 – Bakı-Gəncə yolu (Yolüstü səhər yemeyi )
13:00-13:30 – Gəncə - Hacıkənd yolu
13:30-14:00 – “Cənnət məkan” ailəvi istirahət mərkəzində yerləşmə (Togana)
14:00-14:30 –Nahar zamanı
14:30-15:45—Asudə vaxt
15:45-16:30---“Cənnət məkan” ailəvi istirahət mərkəzinin ərazisi ilə tanışlıq 
16 :30-17:00--- Asudə vaxt ( Çay fasiləsi)
17:00 – 18:30 Hacı-Kənd və Togana ekskursiyası
***Hacıkənd
Hacıkənd – Göy Göl kurortunun ərazisindən yalnız Kürəkçay çayı axır. Onun ümumi uzunluğu 115 km, sutoplayıcı sahəsi isə 28 kvadrat metrdir. Kürəkçay hövzəsi Şimaldan Kür çayı ilə, Şərqdən Gorançay, Qərbdən Gəncəçay, Cənubdan isə Tərtər çay hövzələri ilə həmsərhəddir.
Hacıkənd – Göy Göl kurort rayonun ərazisində Göy Göl, Maral Göl, Quş Gölü, Qara Göl, Ağ Göl, Şamlı Göl, Turist Gölü kimi bənd tipli göllər vardır.
18:30-19:30 “Cənnət Məkan” ailəvi istirahət mərkəzində şam yeməyi
19:30-20:00 Müxtəlif oyunlar +musiqi (futbol həvəskarları ücün odenişsiz futbol meydançası)
20:00-00:00 Asudə vaxt 
2 ci gün
08:00-10:00 – “Cənnət məkanda” Hoteldə səhər yeməyi (CHECK OUT)
10:00-10:30 - -Hacıkənd-Gəncə yolu
10:30-14:30—Gəncə şəhərinin ekskursiyası
Nizami Məqbərəsində ekskursiya
*** Nizami Məqbərəsi (XIII-XIV əsrlər)
Mavzoley şəhərin girəcəyində, mərkəzdən 6 km məsafədə yerləşir. Ilk türbənin tikintisi XIII – XIV əsrlərə aid edilir. Şeyx Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani tərəfindən təmir edilib. 1947 – ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılıb. 1990 – 1991 – ci illərdə restavrasiya edilib. Hündürlüyü 20 metr olan mavzoleyin üstü zərif mərmərlə örtülüdür. Məqbərənin arxasında Nizami “Xəmsə”sindən məşhur bəzi səhnələrin təsvir edildiyi dəmirdən yonulmuş heykəllərdən ibarət kompozisiyalar var
***Şüşə ev
Gəncədə hamının diqqətini çəkən ikimərtəbəli yaşayış evi şəhərin qəribə tikilisi hesab edilir. 1960 – 1964 – cü illərdə evin sahibi buranı tam 50.000 şüşədən, daha dəqiq desək butılkadan hazırlayıb. Gəncəlilərin “butılka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

***Çökək hamam
Şah Abbas məscidinin bitişiyində yerləşir. Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Bina gümbəzlidir. Sovet vaxtı təmir olunarkən kanalizasiya sisteminə zərər vurulduğu üçün artıq hamam kimi çalışmır. Şah Abbas meydanına gələnlər burada Gəncə sənətkarlarının əl işləri, çini qablar üzərində tətbiqi sənət nümunələri ilə tanış ola bilərlər. Çökək Hamamda Dekorativ Sənət Mərkəzi yerləşir. Şah Abbas meydanındakı önəmli tarixi abidələrdən biri Cavad xan türbəsidir. Türbə 2004 – cü ildə tikilsə də onun tarixi XIX əsrə gedib çıxır. Cavad xanın hekayəsi Gəncənin qəhrəmanlıq dastanıdır.
***Şah Abbas Məscidi (1606-cı il)
Şərqdə yaxşı tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilən bu məscid Cümə məscidi kimi də məşhurdur. 1776 – cı ildə binaya əlavə olaraq qoşa minarə tikilib. 1606 – cı ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikdirilən məscidi XVIII əsrdə Cavad xan 2 dəfə əsaslı təmir etdirib. Məscidin daxilində 12 imam şərəfinə tikilmiş 12 hücrə var. Əvvəllər burada mədrəsə fəaliyyət göstərib. Məscidin diqqət çəkən əlamətlərindən biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə itir. Bu da günorta namazına başlamağın vaxtını bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində bənzər məscidlər var.

***Xan Bağı (1700-cü il)
Ziyadxanlılar nəsli ilə bağlı olan tarixi əsər bu gün gəncəlilərin və Gəncəyə gələn qonaqların məmnuniyyətlə gəzinti üçün üz tutduğu parkdır. Qafqazda ən böyük parklardan hesab edilir. 1700 – cü ildə salınmağa başlayıb. Dünyanın müxtəlif yerlərindən gətirilmiş yaşıllıqlar, nadir bitkilər var. Cavad xanın dönəmində bağda abadlaşdırma, ən böyük yaşıllaşdırma işləri aparılır. Bundan sonra onun şərəfinə buranı Xan bağı adlandırmağa başlayırlar. Rus işğalından sonra isə adı dəyişdiriliərək Qubernator bağı olur. Xan bağı – xan ailəsinə məxsus 52 ha torpaq sahəsində salınan bu park “Sərdar bağı” kimi də tanınır

***Şahsevən məscidi (1882)
Sovet illərində “Xəzinə” kitabxanası kimi fəaliyyət göstərən bu məscidi 1880 – ci ildə 2 İranlı usta məhəllə camaatının hesabına inşa edib. Şərq memarlıq üslubunun qədim nümunələrindəndir. Bu tikili əslində islamdan əvvəlki tarixdə albanlara aid tarixi abidənin üzərində qurulub. Məbəd İslam dininin təşəkkül tapdığı ilk dövrlərdə İslama dəvət ocağı kimi fəaliyyət göstərib. Xəlifə Ömər ibn Xəttabın dövründə onun fəaliyyəti daha geniş olub. Azərbaycanda İslam təbliğatı nəticəsində albanların bir qismi müsəlmanlığı qəbul edib. Elə həmin vaxt yerli albanlar xristian məbədini yenidən quraraq onu məscidə çeviriblər. Vaxtilə üstündə 5 – 6 metr hündürlükdə dam olub.
14:30 – 15:30 Nahar fasiləsi 
15:30 – 21:30 Gəncə – Bakı yolu

 

Baku

Travel & Tourism

 

  • s-facebook
bottom of page