top of page

Berlin

Berlin -Almaniyanın paytaxtı və ən böyük şəhəridir.Berlin hım dı almaniyanın 16 federal  əyalətindən biridir.Əhalisi 3400000 təşkil edir.Ərazisi 891 km kvadratdır.Tarixi dövründə berlin bir neçə alman dövlətinin paytaxt şəhəri olmuşdur.1990 cı ildə Almanıyanın birləşməsindən sonram isə Berlin AFR-in paytaxt şəhərinə çevrilmişdir.
Tarixi-Berlinin ərazisində ilk insan tayfaları 9 min il əvvəl mövcud olmuşdur. Germanofil nəzəriyyəsinə görə bizim eradan 700 il əvvəlburada qədim German tayfaları məskunlaşıblar. VI-VII əsrlərdə germanlar bu ərazini tərk etdidən sonra burada qərbi slavyan əhalisi meydana gəlib. Ancaq başqa mənbələrə görə Berlin və Polb əyalətlərində slavyanlar indoavropa xalqlarından formalaşıb və həmin torpaqların çevik insanlarından sayılıblar.
Berlin şəhəri Berlin-Köln şəhərlərinin birləşməsindən yaranmışdır. Köln Şpree çayınında yerləşən adada mövcud idi. Onun əks tərəfində isə şərq sahilində Berlin dururdu. 1307-ci ildə hər iki şəhər birləşirlər. Berlin adı almanca Bär-yəni ayı sözündən əmələ gəlmişdir.
1871-ci ildə Berlin yeni yaradılmış Almaniya imperiyasının paytaxtı oldu.
Birinci dünya müharibəsi qurtardıqdan sonra 1918-ci ildə Berlində Almaniya(Veymar) Respublikası yaradıldı. 1920-ci ildə ətrafdakı şəhərləri özündə cəmləşdirən Böyük Berlinin yaradılması haqqında qərar qəbul edildi. Bundan sonra Berlinin əhalisinin sayı 4 milyona çatdı.
1933-cü ildə hakimiyyətə "nasional sosialistlər" gəldikdən sonra Berlin Üçüncü reyxin paytaxtına çevrildi. 1936-cı ildə Berlində Beynəlxalq olimpiyada oyunları keçirildi. Şpeerin rəhbərliyi altında "Miniilik reyxin" paytaxtı Berlinin yenidən qurulması planı işləndi. Ancaq bu plan İkinci Dünya müharibəsi nəticəsində darmadağın edildi.
İkinci Dünya müharibəsi və ondan sonra Berlinin böyük hissəsi bombardmanlar və küçə döyüşləri nəticəsində dağıdılmışdı. Şəhərin Qırmızı ordu tərəfindən tutulmasından sonra və Almaniyanın şərtsiz təslimindən sonra bütün Almaniya kimi Berlində öncə 4 hissəyə bölünərək xarici dövlətlərin idarəsinə verildi. Qərb müttəfiqlərinin (ABŞ, Fransa və İngiltərə) ərazilərində sonra qərbi Berlin təşkil olundu. Sovet hissəsində isə şərqi Berlin fəaliyyət göstərməyə başladı.
Qərb dövlətləri və Sovet ölkəsi arasında yaranan qarşıdurma ona gətirib çıxartmışdı ki, 1948-1949-cu illərdə Qərbi Berlinin blokadası baş verdi. Bunun üçün qərb dövlətləri tərəfindən Berlinə "hava körpüsü" təşkil olundu. Bu qarşıdurma eyni zamanda işğal olunmuş ərazilərdə 1949-cu ildə iki dövlətin yaranmasına səbəb oldu: əvvəlcə AFR sonra ADR.
Qərb və Şərq arasında güclənən konflikt 1961-ci ildə yüksək həddə çatır və bu şəhəri iki hissəsə ayıran Berlin divarının tikilməsi ilə nəticələndi. Vətəndaşların bir ərazidən digərinə keçid xüsusi buraxılış vərəqələrinin köməyi ilə aparılırdı.
Berlin divarı yalnız 1989-cu ildə ADR əhalisinin təzyiqi nəticəsində uçuruldu, bu SSRİ-nin zəifləməsi fonunda baş verirdi. 3 oktyabr 1990-cı ildə ADR AFR-in əsas qanunlarının fəaliyyət göstərdiyi zonaya daxil oldu. Almaniya bundan sonra vahid dövlət olur. 1991-ci ildə Bundestaq Berlinin paytaxt olması haqqında qərar qəbul etdi. 1 senyabr 1998 ci ildə hökümət və parlament Berlinə köçür.
Berlinin görməli yerləri-Berlin zooparkı,İmperator Vilhelmin memorial kilsəsi,potsdam meydanı,Reyxstaq,Brandeburq qapıları,Unter den Linden,Aleksandr meydanı,Berlin soboru,Kansler idarəsi,Qırmısı sovetlər evi,Holoksot qurbanalarına xatirə abidəsi,Qələbə sütunu,Şarllotenbuqr qəsri,Berlin Dövlət konsert zalı,Qərbi Kaufhaus univermağı,Olimpiya stadionu,Şapandau qəsri;
Son zamanlarda Almaniyada çoxlu gənc rəssam yetişib, burada yeni-yeni cərayanlar formalaşır. O cümlədən, Almaniya bir çoxlarını müasir incəsənət ölkələrindən biri kimi özünə cəlb edir. Rəqəmlərin özü hər şeyi deyir: Berlində 3 opera teatrı, 150-dən çox teatr, 175-dən çox muzey və kolleksiya mərkəzi, 300 qalareya, 250-dən çox ictimai kitabxana, 130 kinoteatr və başqa mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Baku

Travel & Tourism

 

  • s-facebook
bottom of page