
London
London — Böyük Britaniyanın və İrlandiya Krallığının həmçinin Ingiltərənin paytaxtı.Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci,Avropa İttifaqında isə 1-ci yeri tutur.
Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyasının qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər də mövcuddur ki, bunlardan dördü daha diqqətə layiqdir:London sözünün mənası Lond sözündən götürülmüşdür,Xam(yəni əl dəyilməmiş yer mənasındadır.
İngilislər çox vaxt Londonu The Big Smoke (The Great Smog) adlandırırlar ki, mənası "Nəhəng tüstü" deməkdir. Bu da əlbəttə XIX-XX əsrlərdə Londonun sənaye müəssisələrinin tüstüsü ilə əlaqədardır. Digər qeyri-rəsmi adı isə The Great Wendir. "Wen" – qədim ingilis sözü olub "çiban" (furunkul) deməkdir ki, bu da həddən artıq məskunlaşmış şəhər olmasına işarədir.
Londonun paytaxt kimi tarixi iki min ildir.O əvvəlcə İngiltərə və Böyük Britaniya krallığının əsas şəhəri olub. Bütün ingilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hal-hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vesminister sahəsində yerləşir.
Mühafizəkar Boris Conson Londonun hazırkı meridir (5 may 2008-ci ildən). Əvvəlki mer leyborist Ken Livinqston iki müddətə bu vəzifəyə seçilmişdi. London Britaniya parlamentinin İcmalar palatasının 74 deputatla (44 leyborist, 21 mühafizəkar, 8 liberal-demokrat və 1 RESPECT partiyasının üzvü) təmsil olunmuşdur.
Şəhər çox mürəkkəb idarəetmə strukturuna, şəhər və bələdiyyə idarələrinə malikdir. Şəhər idarəsi – Böyük London Admnistrasiyası strateji lahiyələrin hazırlanmasına, şəhərin iqtisadi inkişafına, polisə, yanğın xidmətinə və nəqliyyata, bələdiyyələr isə yerli layihələrə, məktəb, sosial xidmətə cavabdehdir.
Böyük London Admnistrasiyası iki hissədən: icra hakimiyyətini yerinə yetirən merdən və onun səlahiyyətlərini məhdudlaşdırmaq, şəhər büdcəsini təsdiq etmək hüquqlarına malik olan London şəhər assambleyasından ibarətdir.
London boro adlandırılan 32 bələdiyyə rayonunu və orta əsr idarəçilik ənənəsinə sadiq idarə strukturuna malik olan Stinin özündə birləşdirir. Siti dünyada beynəlxalq valyuta hesablaşmalarının ən böyük mərkəzlərindən biridir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərlərindən birinə çevrilmişdir.
Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən çox sayda mühacir gəlmişdir. Müharibədən sonra aparılan quruculuq işləri İngiltər İngittərnin paytaxtının klassik görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm və maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660) Universitet (1836), Britaniya akademiyas (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur "Old-Bik" teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı – "Röyal – Festival – Holl" yerləşir. London 1908-ci ildə IV və 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer və Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII və XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası və Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı və Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer – Vestminster abbatlığı seyrçilərdə gözəl təəssürat yaradır. Burada görkəmli dövlət xadimləri, yazıçı və alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Viktoriya və Albert muzeyi, elm və təbiətşünaslıq muzeyləri və Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. "Olimpiya" sərgi zalı və Qrinviç sarayı həm yerli tamaşaçıları, həm də xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.


