top of page

Roma



 

İtaliyanın  paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi.

2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır.

Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa  görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi  toxunma səbətə qoyaraq Tibr  çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.

Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.

Roma Aralıq dənizindən  26 km aralıda, Apenin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli (sönmüş Alban vulkanına aid) yamacında Tibr çayının sol sahilində yerləşmişdir. Şərqdən Abruzzen və şimaldan  Sabin dağları ilə əhatələnmişdir. Şəhər əsasən mərkəzi Palatin olan təpələr üzərində formalaşmışdır. Şəhərin ümumi sahəsi 1285 km², tarixi hissənin sahəsi cəmi 143 km²-dir.

E.ə. I minilliyin əvvəllərində Apenin yarımadasından  yaşayan müxtəlif tayfa və xalqlar içərisində ən inkişaf etmiş xalq etrusklar idi. Etruskların azad şəhərləri və on min yazı işarəsi vardı. Apennin yarımadasının mərkəzindəki Latsio  vilayətində yaşayan Latınların  dili ümumi dilə çevrilmişdi. E.ə. 753-cü ildə Tibr çayının 25 kilometrliyində Roma şəhəri salındı. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.

Roma "Əbədi qızıl şəhər" də adlandırılır. Burada isti və soyuq hovuzları olan termlər (hamamlar) tikilmiş, Romanın ətrafında dəniz döyüşü tamaşası üçün göl yaradılmışdı. Romanın Kapitoli təpəsində sığınacaq məqsədi ilə qala tikilmişdi. Şəhərin bazar meydanı – forumun yaxınlığındakı Palatin təpəsində saraylar ucaldılmışdı. Romanın ən əzəmətli abidələrindən biri Kolizey  amfiteatrı idi.

E.ə. I əsrdə artıq milyonluq şəhər Roma imperiyasının  paytaxtına çevrilir. Flavi sülaləsinin zamanında (eramızın 69–96-cı illərində) yeni-yeni suvarma sistemləri, yol şəbəkələri və digər infrastrukturlar yaradılır. Bundan başqa Panteon  və digər məbədlər də tikilmişdir Kolizeyin tikintisinə məhz bu illərdə başlanılmış və II əsrin əvvəllərində Traynın zamanında tamamlanmışdır. Avrelian qala divarları tikilir. Roma İmperiyasının intibahı məhz bu illərə təsadüf edir.

E.ə. 800-cü ildə Romanın əhalisi kiçik ətraf kəndlərlə birlikdə 1000 nəfərə qədər olmuşdur. İnkişaf edən şəhər sonrakı əsrlərdə meqapolisə çevrilərək əhalisinin sayı 1 milyona çatmışdır. IV əsrdə paytaxt funksiyasının Konstantinopöola  keçməsi və V əsrdə Şərqi Roma imperiyasının ayrılması əhalinin 100 000 nəfərədək azalmasına səbəb olur. XX əsrdən etibarən Roma yenidən milyonçu şəhərə çevrilir. Hal-hazırda əhali ətraf rayonlarla birgə 2,7 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyondur. Əhalinin 8,4%-ni əcnəbilər təşkil edir.

İninci Dünya Müharibəsi sona çatdıqdan sonra İtaliyanın ən dinamik inkişaf yolu keçmiş şəhəridir. Maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirmişdir. İtaliya üzrə istehsal olunan məhsulun 5%-i Romanın payına düşür. İşsizlik 7,5% təşkil edir.

Baku

Travel & Tourism

 

  • s-facebook
bottom of page