top of page

Vyana



 

Vyana — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatınının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar Opek, Atət vəBeynəlxalq Atom enerjisi agentliyi.

Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London,Nyu-york və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da,1 ci Dünya Müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı Yuneskotərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib.

 

Baku

Travel & Tourism

 

  • s-facebook
bottom of page